Səddamın yaxtası otelə çevrildi – VİDEO

OXUNUB: 1265 DÜNYA

Səddam Hüseynin "Basrah Breeze” (Bəsrə mehi) adlı yaxtası satılmadığından onu dəbdəbəli otelə çeviriblər.

İcmal.Az xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Diktatorun superyaxtası İraq-ABŞ müharibəsi dövründə zədələnməsin deyə Səudiyyə Ərəbistanına göndərilmişdi. İraq hökuməti 2010-cu ildə yaxtanı vətənə qaytarıb və 30 milyon dollara satışa çıxarıb.

Hər cür şəraiti olan qayıq özünə alıcı tapa bilməyib və nəticədə hökumət onu mehmanxanaya çevirməyə qərar verib.

1981-ci ildə suya buraxılmış yaxtanın qonaqlar üçün 17, ekipaj üzvləri üçün isə 18 kayutası, həmçinin yeməkxanası, "king size” ölçülü çarpayısı olan yataq otağı, və Hüseynin sərəncamında olmuş başqa otaqları var.  

İraq hökumətinin qərarına əsasən, yaxta-mehmanxana  Bəsrə şəhərində olan iraqlı dənizçilərə xidmət göstərəcək.

İcmal.Az

RƏYLƏR