İlham Əliyev bir sıra görüşlər keçirib – YENİLƏNİB

OXUNUB: 878 index-manşet SİYASƏT

Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto ilə görüşü olub.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

13:02

Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

11:28

Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç ilə görüşüb.

İcmal.Az-ın məlumatına görə, görüşdə prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında iştirakına və tədbirdə dediyi xoş sözlərə görə Maroş Şefçoviçə minnətdarlığını bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu toplantı "Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında yeni mərhələdir.

Azərbaycan prezidenti Cənub Qaz Dəhlizinin icrasına verdiyi dəstəyə görə Maroş Şefçoviçə və eləcə də, Avropa İnvestisiya Bankına layihənin maliyyələşməsində dəstəyi ilə əlaqədar minnətdarlığını ifadə edib.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç bu iclasda və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən əvvəlki iclaslarda iştirakından məmnunluğunu bildirib. Maroş Şefçoviç layihənin icrasında böyük inkişafın olduğunu deyib.

İcmal.Az

RƏYLƏR