Şefer: Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir

OXUNUB: 820 SİYASƏT

"Dağlıq Qarabağ münaqişəsi ilə tanışam, o, çox mürəkkəbdir".

Bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şefer Dağlıq Qarabağda jurnalistlərə açıqlamasında deyib.

Şefer qeyd edib ki, bu, onun bölgəyə ATƏT-in Minsk qrupunun həmsədri kimi ilk səfəridir.

"Biz digər həmsədrlərlə birlikdə münaqişənin sülh yolu ilə həllinin tapılması məqsədilə regiona mütəmadi olaraq səfərlər edəcəyik”, - deyə həmsədr bildirib.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri hazırda regiondakı vəziyyətlə tanış olur.

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, oktyabrın 7-də isə Bakıda rəsmi görüşlər keçirəcəklər. Diplomatların Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarkisyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.*/oxu.az

İcmal.Az

RƏYLƏR