Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinatlar

OXUNUB: 596 SİYASƏT

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə və Zaqatala rayon şöbələrinə yeni rəislər təyin edilib.

İcmal.Az-ın Report-a istinadən məlumatına görə, bununla bağlı Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, xidmətin Bərdə rayon şöbəsinin rəisi polkovnik-leytenant Mətləb Murquzov tutduğu vəzifədən azad edilərək Zaqatala rayon şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Zaqatala rayon şöbəsinin rəisi polkovnik-leytenant Ramil İsmayılov tutduğu vəzifədən azad edilərək, Bərdə rayon şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

İcmal.Az

RƏYLƏR