Səfir: "Azərbaycan Türkiyənin dar günündə həmişə yanında olub"

OXUNUB: 83 SİYASƏT

"Azərbaycanın dərdi də, sevinci də bizimdir".

 Bunu bu gün Bakıda Heydər məscidində ötən il Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olanların ildönümünə həsr edilmiş vəhdət namazı ilə bağlı təşkil olunan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Türkiyədə baş verən çevriliş cəhdi zamanı ilk olaraq Azərbaycan bu ölkənin yanında olub: "Biz tarixən qardaşıq. Azərbaycan Türkiyənin dar günündə həmişə yanında olub. Eləcə də, Türkiyə Azərbaycanın bütün dərdlərini öz dərdi bilib. Bu gün burada Türkiyədə çevrilişə cəhd zamanı həlak olan şəhidlərimizi anırıq. Bizim şəhidlərimiz eyni zamanda, sizin şəhidlərinizdir. Azərbaycanın müstəqilliyi uğrunda 20 yanvarda, Dağlıq Qarabağda şəhid olanlar və son olaraq 4 iyulda Füzulinin Alxanlı kəndində erməni təxribatı zamanı şəhid olan iki yaşlı Zəhra və onun nənəsi də bizim şəhidlərimizdir".

Diplomat qeyd edib ki, 15 iyulda Türkiyədə baş verən terrorda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanında ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev oldu: "Balaca Zəhra şəhid olarkən də ilk olaraq, Azərbaycan Prezidenti ilə ilk telefon əlaqəsi yaradan Türkiyə Prezidenti oldu. Çünki biz qardaş və dost ölkəyik"./trend

 

İcmal.Az

RƏYLƏR