Səfir Ərdoğanın Bakıya səfərinin tarixini açıqladı

OXUNUB: 627 SİYASƏT

"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 30-da Bakıya gələcək".

İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli görüş keçiriləcək.

Hazırda ABŞ və Türkiyə arasında yaşanan viza gərginliyi ilə bağlı məsələyə münasibət bildirən səfir bu problemin tez bir zamanda həllinə ümidvar olduğunu dilə gətirib.

İcmal.Az

RƏYLƏR