"Səfir Ərkan Özoral özünü Əli Həsənovun köməkçisi kimi aparırdı" - İDDİA

OXUNUB: 1060 index-manşet SİYASƏT
7NEWS.az xəbər verir ki, bu barədə hüquqşunas Aslan İsmayılov yazıb: "Əli Həsənovun bu basabasda Türkiyəyə getməsi barədə fikirlərimi Sizinlə də bölüşürəm. Bu gedişi əsla onun xəstəliyi ilə əlaqələndirmirəm. Əgər olsa belə, axı illərdir Ə.Həsənovun xalqa üfürdüyü analoqu olmayan səhiyyəmiz, özünün müalicəsi üçün şəxsi klinikası var. Həmin "Xətai” Estetik Klinikası ki, 8 yaşlı ailənin tək övladı xırda əməliyyatdan sağ çıxmadı, sonra da bu cinayəti ört-basdır elədilər.
Hesab edirəm ki, bu səfərin köklərini, çoxlarına qəribə gəlsə də, onun Türkiyə səfiri Ərkan Özoralla çox yaxın münasibətlərində axtarmaq lazımdır. Özü də əminəm ki, bu münasibətlər sadəcə Ə.Həsənov səfir Ə.Özoral münasibətləri deyil. Bunun daha dərin olmasına şübhəm yoxdur. Bunu aydınlaşdırmaq üçün ən azından Ərkan bəyin səfir olduğu müddətdə iştirak etdiyi tədbirlərə, görüşdüyü şəxslərə, paylaşdığı fotolara diqqət yetirmək kifayətdir. Türkiyə kimi qüdrətli bir dövlətin səfiri sanki Ə.Həsənovun köməkçisi kimi davranırdı, onun bütün tədbirlərində, hətta ailə tədbirlərində belə iştirakını çox önəmli sayırdı.
Hesab edirəm ki, bizə qardaş, doğma olan Türkiyə Hakimiyyəti Azərbaycan xalqına və Dövlətinə uzun illər ərzində düşmən mövqeyində olan birisinin müdafiəsinə qalxmayacaq!"
7NEWS.az

RƏYLƏR