Səfir: İsrail regionda Azərbaycanın əsas tərəfdaşlarından biridir

OXUNUB: 756 SİYASƏT

İsrail regionda Azərbaycanın əsas tərəfdaşlarından biridir.

İcmal.Az bildirir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanın İsrailə uzunillik dəstəyinə həsr olunmuş tədbir zamanı deyib.

Səfir bildirib: "Azərbaycan öz inklüzivlik tarixi və yəhudi icması ilə fəxr edir. Bizim İsraillə güclü, inkişaf etməkdə olan tərəfdaşlığımız bu gün daha böyük əhəmiyyət kəsb edir. Çünki İsrail müstəqilliyinin 70 illiyini, Azərbaycan şərqdə ilk müsəlman demokratik respublikanın 100 illiyini qeyd edir".

Tədbirdə çıxış edən ABŞ Etnik Anlaşma Fondunun prezidenti, ravvin Mark Şnayer deyib ki, dünyada 57 müsəlman ölkəsi var, amma İsrailə dəstək sahəsində Azərbaycan birinci yerdə dayanır.

İcmal.Az

RƏYLƏR