Səfirin dostu olan diaspor sədrini “Avakovun dəstəsi”ylə nələr bağlayır? - Təfsilat/FOTOLAR

OXUNUB: 630 Banner-Musavat Banner-Olkə.az Özəl TƏHLİL
Adı dəfələrlə ermənilərlə işbirliyində, əməkdaşlıqda hallanan, qalmaqallı diaspor rəhbəri - Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevlə bağlı daha bir sensasion məlumat yayılıb. 

Sosial şəbəkələrdə azərbaycanlı diaspor fəalları onun Ukraynadakı məşhur erməni hərbçi Suren Avakyanla şəkillərini yayaraq, düşmənlər tərəfindən ələ alındığını iddia ediblər. 

Rövşən Tağıyevin  dostcasına əl sıxaraq şəkil çəkdirdiyi Suren Avakyanın sosial şəbəkələrdəki səhifələrinə nəzər salanda görünür ki, o, erməni əsilli Ukrayna daxili işlər naziri Arsen Avakovun yaxın silahdaşı, Azərbaycana qarşı aparılan kampaniyaların fəal iştirakçısıdır. Suren öz facebook profilində erməniləri təbliğ edən, xüsusi ilə qondarma "respublika” barədə yazılar paylaşır. 


 
Bir çox məlumatlarda Surenin Arsen Avokovla hətta yaxın qohum olduğu da göstərilir. Bildirilir ki, Arsenin soyadı əvvəllər Avakyan olub.  

Hazırda Ukraynada erməni kilsəsinin agetatoru olan Suren Avakyan barədə məlumatları incələyərkən o da məlum olur ki, onun fəaliyyətinin iki əsas profili var: qondarma erməni soyqırımını təbliğ etmək və azərbaycanlı diaspor fəalları ilə əlaqələri maksimum gücləndirmək.  

Məlumatlara görə, Avakyan həmçinin qondarma Dağlıq Qarabağ Respublikasının agentura şəbəkəsinə daxildir. 

Hətta onun Luqansk və Donetskdə hərbi hissələrdə əlaqələr qurduğu, qondarma rejimin əsgərlərinə təlim keçdiyi barədə də məlumatlar kifayət qədərdir.  

 
Bildirilir ki, bu hərbi hissələrdə Qarabağda döyüşmək üçün erməni əsgərlərə təlimlər keçir, xüsusi təyinatlı hərbçilər yetişdirilməsində bilavasitə yardımçı olurlar. 

Əlbəttə, belə bir adamla Azərbaycan diaspor rəhbərinin "dostluq” etməsi təsadüfi ola bilməz. Xatırladaq ki, son aylar Rövşən Tağıyevin ermənilərlə əlaqəsinin olmasıyla bağlı mediada bir-birinin ardınca və təkzib edilməyən faktlarla zəngin materiallar dərc olunub. Hətta bir müddət əvvəl R.Tağıyevin Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın dəvəti ilə 24 apreldə uydurma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasiminə qatılması barədə xəbərdə yayılmışdı. Düzdür, sonradan  təşkilat rəhbəri bu xəbəri təkzib etmişdi. Ancaq indi onun Suren Avakyanla mehriban fotolarının üzə çıxması Tağıyevlə ermənilərin nəinki mülki, hətta diversant qanadı ilə də sıx münasibətlərdə olması fikrini bir az da qüvvətləndirir. Çünki Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədrinin Avakyanla əl sıxaraq çəkdirdiyi şəkildən də bu münasibətlərin çox isti olduğu görünür. 

 
Yada salaq ki, R.Tağıyevin ötən ilin sonunda ermənilərlə birgə Yeni il şənliyinə qatılmasını əks etdirən fotoları mətbuatda yayılaraq Ukrayna azərbaycanlıların sərt tənqidinə tuş gəlmişdi. 

Həmin vaxt R.Tağıyev BakiPost.az-a müsahibə verərək Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanla yaxın dost olduğunu etiraf etmək məcburiyyətində qalmışdı. Lakin vəziyyəti öz xeyrinə dəyişmək, ictimai qınağın təsir gücünü zəiflətmək üçün elə həmin müsahibəsində qeyd etmişdi ki, Avanesyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, buna görə də onunla dostluqda heç bir problem yoxdur. 

Amma sonradan qondarma erməni soyqırımının Ukranya Ali Radasında tanıdılması üçün hazırlanan layihənin müəllifi - Aşot Avanesyan bəyanat yayaraq, R.Tağıyevlə dostluğunu təsdiq etsə də, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı dostunun dediklərini qəti şəkildə  təkzib etmişdi. Əlbəttə, Azərbaycanın Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarından birinə  rəhbərlik edən R.Tağıyevin  erməni diaspor fəalları, ölkəmizə qarşı bütün çirkin kampaniyaların təşkilatçıları ilə isti münasibətinin səbəbi hər kəsə maraqlıdır. Bu maraqdan doğan haqlı iddialar R.Tağıyev və bir qrup başqa  azərbaycanlının Ukraynada erməni nazirin agentura şəbəkəsi ilə təmasda olması ehtimalını gücləndirir. Lakin onların hansı işlərdə "birgə” olmaları haqqında müfəssəl bilgilər verilmir. 
 
 
Azərbaycanlı ekspertlərin dediyi kimi, çox güman ki, ermənilərə casusluqda ittiham olunan 42 hərbçi və mülki şəxslərlə bağlı cinayət işinin coğrafi arealı təkcə Azərbaycanla məhdudlaşmayacaq. Bu gümanlar fonunda qeyd edə bilərik ki, diaspor fəallarımızın ermənilərlə isti münasibətləri təsadüfi ola bilməz, ən azı ona görə ki, təsadüfi heç nə yoxdur.     

Belə bir məqamda cavabı intizarda olan başqa bir sual ortaya çıxır: ermənilərlə (onların sayı bir-iki deyil) dostluq edən və bunu da pünhan saxlamayan diaspor sədri barəsində Azərbaycan rəsmiləri niyə susur? 

Susmaqları qalsın bir tərəfə, hətta Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu kimi yazılara görə medianı qınayır, bir az da irəli gedərək Mətbuat Şurasına və digər qurumlara müraciətdə edir. Amma Cənab səfir unudur ki, nə qədər ki, diaspor rəhbərinin ermənilərlə dostluğu foto-kameraların obyektivində görünəcək, həmin görüntülər elə bir o qədər də medianın trendinə çevriləcək. Aidiyyatı qurumlar, xüsusən də Azərbaycanın Ukraynadakı səfiri bu kimi məsələlərə həssas yanaşmalı,ayıq münasibət sərgiləməliydilər. Təəssüf ki, hansısa pünhan səbəbdən biz bunu görmürük. 
 

 
Baxmayaraq ki, Ukraynada yaşayan azərbaycanlı diaspor fəallarının ermənilər tərəfindən "verbovka” olunması barədə müxtəlif məlumatlar yayılmaqdadır. Etibarlı mənbələr erməni əsilli Ukrayna daxili işlər naziri Arsen Avakov və onun şəbəkəsinin azərbaycanlı aktivistləri öz yanlarına çəkməklə "zərərsizləşdirdiklərini” iddia edirlər. Bildirilir ki, Ukraynadakı erməni qruplaşması nəinki bəzi azərbaycanlıları öz şəbəkəsinə daxil edir, hətta onları bir-birinə düşmən də etməyi bacarırlar.   

Məsələn, bir müddət əvvəl  Ukraynanın Dnepropetrovsk şəhərində azərbaycanlı iş adamları Firuz İbrahimov və Qulam Ələkbərov arasında gedən mübahisələrin silahlı insidentlə nəticələnməsini qeyd etmək olar. 

Təkcə indiyədək mediada yayılan xəbərlərin ötəri statistikasını aparsaq, görərik ki, son iki ildə Ukraynada sırf azərbaycanlı iş adamlarına məxsus 12 böyük restoran yandırılıb, 10-dan çox bahalı avtomobil qaçırılıb, 20-dən çox nüfuzlu iş adamının özü və yaxud da övladları ya oğurlanıb, ya da sui-qəsdə məruz qalıb, 10-a yaxın azərbaycanlı isə elə küçədəcə nümayişkaranə şəkildə öldürülüb. Və təbii ki, bu qanlı cinayətlərin əksəriyyəti də ört-basdır edilib, cinayətkarlar "tapılmayıb”, tapılanların arxasından isə adəti üzrə "azərbaycanlıların öz əlləri” çıxıb.

Bu irimiqyaslı anti-Azərbaycan layihələrinin bir qolunun da hərbi müstəvidə reallaşdığına dair ehtimallar var. Yenə də təkrar edirik: ermənilərə cəsusluqda ittiham olunan 42 hərbçi və mülki şəxslərlə bağlı ifşa məlumatları bu ehtimalları bir az da artırır.  

Məhz belə bir vaxta R.Tağıyevin erməni hərbiçi ilə şəklinin yayılması əslində, təsəvvürümüzdə başqa bir xəyali foto cızır. Fotoda qondarma respublikada döyüşçü hazırlayan erməni, onun Azərbaycan diaspor rəhbəriylə əlaqələri, Avakovun agentura şəbəkəsi və cəbhədə ifşa olunan bəzi hərbçilərin cizgiləri əks olunur... 

Əcəba, bu cizgilər hələ də sizlərə bir şey demir?!./bakipost.az
 
İcmal.Az

RƏYLƏR