Şəhərin mərkəzində insident - Bıçaqla 18 nəfəri yaraladı

OXUNUB: 958 DÜNYA

Çinin şimalında yerləşən Çançun şəhərində dəhşətli hadisə baş verib.

50 yaşlı Van Yunvey adlı şəhər sakini axşam saatlarında əhalinin gur olduğu küçədə bıçaqla yoldan keçənlərə hücum edib. İnsident nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yerli mətbuat bəzi sakinlərin xəstəxanaya yerləşdirildiyi qeyd edib.

Hücumu gerçəkləşdirən şəxsin yaxınlarının verdiyi məlumata görə, o, əvvəllər xəstəxanada müalicə alıb və psixoloji problemləri olub. Hazırda Van Yunveyin polis nəzarətinə götürüldüyü bildirilir.

Çin mətbuatı isə bundan əvvəl 50 yaşlı Yunveyin təhlükəli şəxslər siyahısında olduğu üçün odlu silahdan istifadəsinə qadağa qoyulduğunu qeyd edib.

Xatırladaq ki, artıq Çində kütləvi yerlərdə bıçaqla hücum təşkil etmək mütəmadi hal alıb./metbuat.az

İcmal.Az

RƏYLƏR