Şəhərin mərkəzində qızı yerə yıxıb zorlamaq istədi - Hadisənin VİDEOsu

OXUNUB: 1118 DÜNYA

23 yaşlı E.P. adlı qız və bacısı Rumuniyadan İstanbulun Karaköy rayonuna tətilə gəliblər. Şəhərdə gəzməyə çıxan bacılardan biri tanımadıqları şəxsin təcavüzünə məruz qalıb.

İcmal.Az Haberler-ə istinadən xəbər verir ki, qızın qışqırtısını eşidən ərazidəki polislər bacısının da köməyi ilə dərhal şübhəlini saxlayıblar. 

E.P., ifadəsində "Bacımla gəzərkən əvvəllər rastaşmadığım şəxs mənə hücum etdi. Yerə yıxıb, üzərimə çıxdı. Onun məni zorlamaq istədiyini düşünürəm. Çox qorxdum. Həmin şəxsdən şikayətçiyəm", - deyib. 

 

Şübhəli Mustafa A. isə  "Yol ilə gedərkən qəfil əsəbləşdim və yoldan keçən bir qadını qucaqladım. Peşimanam", deyərək, özünə bəraət qazandırmaq istəyib. 

İcmal.Az

Şəhərin mərkəzində qızı yerə yıxıb zorlamaq istədi

RƏYLƏR