Şəhid Əzim Həsənova həsr edilmiş film geniş ictimaiyyətə təqdim edildi - FOTOLAR

OXUNUB: 234 index-manşet Özəl GÜNDƏM SOSİAL
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi (ASGA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə daha bir şəhidimizlə bağlı film ərsəyə gətirib.

ASGA-dan verilən məlumata görə "İGİDLİYİ İLƏ ADINI TARİXƏ YAZAN ŞƏHİD – Füzuli fatehi Əzim Həsənov haqqında sənədli film” adlı layihə çərçivəsində hazırlanan film 30 aprel tarixində Mingəçevir Gənclər Evində geniş ictimaiyyətə təqdim olunub. Layihəyə uyğun olaraq hazırlıq, çəkilişlər və təqdimat 3 ay ərzində Bakı və Mingəçevir şəhərində reallaşıb. Tədbiri giriş sözü ilə açan ASGA sədri Səbuhi Abbasov layihənin əsas məqsədinin Şəhid Əzim Həsənovun bütün ölkə ictimaiyyətinə, eyni zamanda, dünya azərbaycanlılarına tanıtmaq olduğunu deyib: "Bu artıq ASGA-nın bu günə qədər ərsəyə gətirdiyi 7-ci filmdir. Mən ilk növbədə Şəhidimizin valideynlərinə, yaxınlarına başsağlığı verir, layihəmizi dəstəklədiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürümü bildirirəm. Bu istiqamətdə fəaliyyətimiz davam edəcək."
Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Bəxtiyar Mustafayev çıxış edərək şəhər rəhbərliyinin salamlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, eyni zamanda, Şəhid və Qazi ailələrinin hər zaman şəhər rəhbərliyinin diqqətində olduğunu bildirib. 
Sonra Mingəçevir Gənclər Evinin rəhbəri Tural Kərimov çıxış edərək QHT və könüllü təşkilatların Şəhidlərimizin tanıtımında fəal iştirak etdiklərini dedi.
Daha sonra film geniş ictimaiyyətə təqdim olunub. Təqdimatın sonra Şəhid Əzim Həsənovun atası, anası və yaxınları filmlə bağlı təəssüratlarını bölüşüblər. 

Tədbirin sonunda Şəhid Əzim Həsənovun ailə üzvlərinə, eyni zamanda, tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanan disklər və fincanlar paylanılıb.

 Нет описания.
 
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
 Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.

RƏYLƏR