Şəhid Hüseyn Əkbərli dəfn olundu – VİDEO + FOTO

OXUNUB: 685 HADİSƏ

İyulun 30-a keçən gecə düşmən atəşinin qarşısı alınarkən şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu bu gün  dəfn olunub.

Cəlilabadın Eçara kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Zakir oğlu Əkbərli anadan olduğu kənddə dəfn edilib.

Dəfin mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin zabit heyəti, Cəlilabad  Rayon İcra Hakimiyyətinin numayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər. Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun ailəsinə  təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhidin məzarı üstünə əklil və qərənfillər qoyulub./apa

İcmal.Az

 

RƏYLƏR