Şəhid pilotun pulu 20 il sonra terrorçunun cibindən çıxdı

OXUNUB: 365 DÜNYA

Şəhidin pulu terrorçunun cibindən çıxdı.

İcmal.Az-ın xəbərinə görə, bu günlərdə Türkiyə hərbçiləri axtarışda olan "Welat Gever” kod adlı terrorçu Sefer Aracızərərsizləşdiriblər.

Belə ki, o, 1998-ci ilin 27 noyabr tarixində Türkiyənin Hakkari rayonunun Dağlıca bölgəsində  Türkiyə Silahlı Qüvvələrinə məxsus "Skorsky” helipokterinin vurulması nəticəsində 15 türk əsgərinin şəhid olmasına görə axtarışa verilmişdi.

Həmin helikopterin vurulmasına və 15 hərbçinin məhv edilməsinə bais olan PKK-lı terrorçu nəhayət 20 il sonra zərərsizləşdirildi.

Terrorçunun üzərindən isə 1998-ci ildə dövriyyədə olan 500.000 TL  pul çıxıb.

 Pulun üzərində isə terrorçu tərəfindən"bu, məhv edilən helikopterin pilotunun parasıdır (puludur)-11-27-1998”- deyə, yazıldığı məlum olub.

 

İcmal.Az

RƏYLƏR