Şəhid Yusif Budaqovun ailəsi ziyarət olunub

OXUNUB: 554 SOSİAL
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli 44 günlük Vətən müharibəsində şəhid olmuş Budaqov Yusif Ramiq oğlunun ailəsini ziyarət edib.

Y.Budaqov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib və döyüşlərin birində şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” "Vətən uğrunda" medalları ilə təltif olunub.

Şəhidimizin ailəsi dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub. Ailəyə müvafiq sosial ödənişlər edilir. Şəhidin anası Lətafət Budaqova Dövlət Məşğulluq Agentliyi tərəfindən ictimai iş ilə təmin edilib.

RƏYLƏR