Şəhid zabitimizdə ermənilərə işləyən hərbçilərlə bağlı fakt var imiş - ''O, şəhid olduğu gün..."

OXUNUB: 1647 SOSİAL HADİSƏ
''Şəhid qardaşım oğlu Rasim Məmmədov "Lələtəpə"də həlak olmamışdan qabaq mənə bəzi zabit yoldaşlarından ermənilərlə, rus kəşfiyyatı ilə əməkdaşlıq etmələrindən şübhələndiyini, çox ciddi faktlar topladığını bildirmişdi. O, şəhid olduğu gün, meyidi döyüş meydanından çıxarılmamış, hərbi hissədəki iş otağına girilmiş, seyfi oğurlanaraq yandırılmış, çölə atılmış və hərbi hissənin həyətində saxladığı "JİQULİ" markalı maşınında kimlərsə əl gəzdirmişdi''. Bu fikirləri tanınmış hüquqşünas Qurban Məmmədov şəxsi ''facebook'' səhifəsində yazıb.

Q.Məmmədov qeyd edib ki, israrlı şikyət əsasında istintaq aparıldı: ''və... guya "öz telefonlarını götürmək üçün şəhid mayorun iş otağına girən oğru əsgərlər ifşa edildi." Ancaq bir sual hələ də məni düşündürür: həmin hərbi hissədə ermənilər də eyni qaydada oğurluq edə bilməzdilərmi? Başdı-başınalıqdır. Bu necə hərbi hissədir? Bu hərbi hissənin komandirləri hara baxırmışlar ki, şəhid mayorun iş otağında, maşınında oğurluq edilir? Açıq deyirəm: sonrakı təltiflər bizi susmağa məcbur etdi. Bəlkə də, bu gün ifşa edilən xəyanətkarlar olanın cüzi hissəsidir. Ordumuzda ciddi problemlər var. Rüşvət və korrupsiya burada da öz işini görüb. Olduqca ciddi və köklü tədbirlər alınmalıdır''. 

Qeyd edək ki, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətin düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınması ilə bağlı birgə məlumat yayıb. 
Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.//criminal.az
 
İcmal.Az

RƏYLƏR