Şəhidimizin nəşi evinə gətirildi: Anasının fəryadı ürək parçaladı / VİDEO+FOTOLAR

OXUNUB: 1049 SOSİAL
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Tatarov Adil Əli oğlunun nəşi doğulduğu torpağa, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinə gətirilib. 

Şəhidimizin cənazəsini rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri qarşılayıb. Şəhidin nəşi sabah doğulub, boya-başa çatdığı kənd qəbirstanlığında torpağa tapşıralacaq. 

Şəhid hərbçimizin atası Əli Tatarovun sözlərinə görə, Adilin komandiri ondan oğlunun müddətli xidmətdən sonra da hərbi hissədə xidmətini davam etdirməsi üçün xahis edib. 

Qeyd edək ki, şəhid Adil Tatarov dəfələrlə düşmənin təxribat xarakterli cəhdlərinin qarşısının alınmasında şücaət göstərək, komandanlıq tərəfindən təşəkkür və diplomlar alıb. 

Adilin uğurları hələ uşaq yaşlarından başlayıb. O, VMH poliotlan çoxnövçülüyü üzrə, Vətənin müdafiyəsinə hazıram, Şahin hərbi idman oyunlarında çoxnövlü idman sahələri üzrə fərqli dərəcələrə və diplomlara sahib olub. 

Xatırladaq ki, Qıraq Kəsəmən kəndi Qarabağ müharibəsində 6 şəhid verib. Adil isə atəşkəs elan olunduqdan 24 il sonra ilk şəhiddir. Hazırda bu kəndin gənclərinin böyük əksəriyyəti ön cəbhədə xidmət edir./ordu.az

Şəhidimizin nəşi evinə gətirildi: Anasının fəryadı ürək parçaladı / VİDEO+FOTOLARŞəhidimizin nəşi evinə gətirildi: Anasının fəryadı ürək parçaladı / VİDEO+FOTOLARŞəhidimizin nəşi evinə gətirildi: Anasının fəryadı ürək parçaladı / VİDEO+FOTOLARŞəhidimizin nəşi evinə gətirildi: Anasının fəryadı ürək parçaladı / VİDEO+FOTOLARŞəhidimizin nəşi evinə gətirildi: Anasının fəryadı ürək parçaladı / VİDEO+FOTOLARŞəhidimizin nəşi evinə gətirildi: Anasının fəryadı ürək parçaladı / VİDEO+FOTOLARŞəhidimizin nəşi evinə gətirildi: Anasının fəryadı ürək parçaladı / VİDEO+FOTOLARŞəhidimizin nəşi evinə gətirildi: Anasının fəryadı ürək parçaladı / VİDEO+FOTOLARŞəhidimizin nəşi evinə gətirildi: Anasının fəryadı ürək parçaladı / VİDEO+FOTOLARŞəhidimizin nəşi evinə gətirildi: Anasının fəryadı ürək parçaladı / VİDEO+FOTOLARŞəhidimizin nəşi evinə gətirildi: Anasının fəryadı ürək parçaladı / VİDEO+FOTOLAR
 

İcmal.Az

RƏYLƏR