“Şəhidlərimiz, qəhrəmanlarımız” mövusunda intellektual yarışmanın I turu başa çatdı

OXUNUB: 922 QHT

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi 1-ci maliyyə yardımı müsabiqəsinin nəticələrinə əsasən "Şəhidlərimiz, qəhrəmanlarımız” mövusunda Şəmkir rayon məktəbliləri arasında Nə? Harada? Nə zaman? intellektual yarışmasının təşkili layihəsi ilə qalib olmuş, Synergy Fond, "Zəka” Gənclərin İntellektual İnkişaf və yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə layihənin I turu başa çatmışdır.

Layihə çərçivəsində Şəmkir rayonunda fəaliyyət göstərən 6 orta ümumtəhsil məktəbinin komandalarının iştirakı ilə yarış baş tutub.

Gərgin mübarizə ilə keçən yarışın yekunlarına əsasən Nizami Gəncəvi adına orta məktəbin "Gənclik”komandası, Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbin "Parlaq Zəka” komandası, Cahangir Rüstəmov adına tam orta məktəbin "Qafqaz” komandası, Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin "Alfa” komandası, Nəriman Nərimanov adına tam orta məktəbin "Zəka” komandası, Əhməd Cavad adına tam orta məktəbin "Qarabağ” komandası "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinində həyata keçiriləcək final mərhələyə vəsiqə qazanıblar.

Qalib olan komandalara sertifikat və kubokla təltif olunacaq.

 


RƏYLƏR