Səhiyyə Nazirliyi: 203 nəfərdə QİÇS aşkarlanıb

OXUNUB: 720 SOSİAL

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin may ayının sonuna qədər 279 min 383 nəfər müayinədən keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, 1 iyun 2015-ci il – 31 may 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. İndiyə qədər müayinədən keçmiş 11 min 773 nəfərdə talassemiya daşıyıcılığı, 1101 nəfərdə sifilis, 203 nəfərdə isə QİÇS aşkar olunub.

 

İcmal.Az

RƏYLƏR