Səhiyyə Nazirliyi bu şirkət ilə 6 milyon manatlıq iki müqavilə imzalayıb

OXUNUB: 583 İQTİSADİYYAT
Mayın 20-də Səhiyyə Nazirliyi Bakıdakı iki tibb müəssisəsinin tibbi avadanlıqları ilə təchizatı üzrə "Arash Medical Company” MMC ilə iki müqavilə imzalayıb.
 

Dövlət satınalmaları reyestrinə istinadən xəbər verilir ki, alınmış avadanlığın ümumi məbləği 5 milyon 726 min manat (3 milyon 368,2 min dollar) təşkil edir.

Avadanlıqlar Maştağa qəsəbəsində 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının yeni korpusu və Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Sümük Vərəm Xəstəlikləri Sanatoriyasına veriləcək. Müqavilələr fevral ayında keçirilən tenderdən sonra imzalanıb.

İcmal.Az

RƏYLƏR