Səhiyyə Nazirliyi tərəfindən niyə qripə qarşı peyvənd aparılmır?

OXUNUB: 739 SOSİAL

"Azərbaycanda qriplə xəstələnmə halları az qeydə alınır".

İcmal.Az Report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qrip bütün dünyada olduğu kimi, Azərbaycanda da var: "Amma ölkədə nə qrip, nə də qripə bənzər xəstəliklərlə yoluxma epidemioloji həddi keçməyib. Əgər hər 1000 nəfərdən 10-u qripə yoluxubsa, bu, adi haldır. Bundan xoflanmaq lazım deyil. Qripin Azərbaycandan da çox yayıldığı ölkələr var".

Azərbaycanda yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparıldığını deyən baş epidemioloq əlavə edib ki, ölkədə qriplə xəstələnmə epidemioloji həddi keçmədiyi üçün Səhiyyə Nazirliyi tərəfindən qripə qarşı peyvənd işi aparılmır və buna ehtiyac yoxdur. Qripə qarşı peyvənd olunmaq istəyənlər özəl müəssisələrə müraciət edə bilərlər .

İcmal.Az

RƏYLƏR