Şəkidə 10 yaşlı qızı it dişlədi

OXUNUB: 717 HADİSƏ
Şəkidə 10 yaşlı qızı sahibsiz it dişləyib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, iyulun 9-u saat 23.00 radələrində rayonun Aşağı Göynük kənd sakini, 2007-ci il təvəllüdlü Arzu İlham qızı Həşimli it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.
 
Məlum olub ki, Arzu Həşimlini yaşadığı evin yaxınlığında, küçədə sahibsiz it sağ ayağının bud nahiyəsindən dişləyib.
 
Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

İcmal.Az

RƏYLƏR