Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR

OXUNUB: 788 SOSİAL
Şəkidə pandemiya ilə bağlı xeyriyyəçilik tədbirləri davam etdirilir.

Modern.az xəbər verir ki, 115 saylı Şəki seçki dairəsinin deputatı Cavanşir Feyziyevin təşəbbüsü ilə Qurban bayramı günlərində keçirilən növbəti xeyriyyəçilik tədbiri 360 ailənı əhatə edib.

Şəki şəhərində və kəndlərdə yaşayan 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırılıb.

Xatırladaq ki, bundan əvvəl "Biz birlikdə güclüyük” devizi altında belə bir tədbir

pandemiyanın ilk həftələrində - mart ayında keçirilmişdi və o zaman 780 aztəminatlı ailəyə ərzaq yardımı göstərilmişdi.
Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR


RƏYLƏR