Şəkidə maşın ağaca çırpıldı: yaralı var - YENİLƏNİB

OXUNUB: 751 HADİSƏ

09:16

Şəkidə baş verən yol qəzasında sürücü ağır xəsarət alıb.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, bu gecə saat 04.00 radələrində rayonun Köbər Zəyzid 1997-ci il təvəllüdlü Tamerlan Nurəddin oğlu Sofibəyovun idarə etdiyi "VAZ 21074" markalı, 10 NT 892 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü Tamerlan Sofibəyov hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Tamerlan Sofibəyov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan bildirilib ki, koma vəziyyətində olan Tamerlan Sofibəyovun müalicəsi reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. 

08:39

Şəki rayonu ərazisində avtomobil ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Şəki rayonu, Köbər Zəyzid kəndində "VAZ" markalı minik avtomobili yol qəzası nəticəsində ağaca çırpılıb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyətı üzrə təhvil verib.

Əməliyyat başa çatıb.​

İcmal.Az

RƏYLƏR