Şəkidə otla dolu yük maşını yanıb

OXUNUB: 783 HADİSƏ

Şəki rayonunda yanğın hadisəsi baş verib.

 

 Rayonun  Aydınbulaq kəndində vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 4 ton ot bağlaması, avtomobilə qoşulmuş qoşqunun yanar hissələri və qoşquya yığılmış 6 ton ot bağlaması yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb./apa

 

 

 

İcmal.Az

RƏYLƏR