Şəkidə "Şimal-Qərb Regional Gənclərin Debat Forumu-2017" tədbiri keçirildi

OXUNUB: 610 SOSİAL

26 noyabr 2017-ci il tarixində Şəki şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Respublika Gənclər Debat Forumu: Payız 2017” çərçivəsində keçirilən "Şimal-Qərb Gənclərin Regional Debat Forumu: 2017” adlı tədbir Azərbaycan Pedaqoji Universitetinin Şəki filialının ev sahibliyində "Gənc nəslin sahibkarlıq fəaliyyətinin inkişafında dövlət dəstəyi əsas faktordur” mövzusunda reallaşdırılıb.

Debat-Milli Debat proqramı üzrə Karl Poper formatında keçirilməklə gənclərdə, azərbaycançılıq ideologiyasının təbliğ etmək, həmçinin proqramın verdiyi imkanları nəzərə alaraq gənclərə natiqlik, nitq mədəniyyəti, nəyi və necə danışmağı, nitqinizi jest və mimikalarla daha da gücləndirməyi, sağlam düşünməyi və düzgün analiz etməyi, məsələyə yalnız dar aspektdən deyil, eləcə də, oponentin aspektindən baxmağı, öz üstünlüyünü daha da yaxşı göstərməyi, bütün bunlara yiyələnərək geniş auditoriya qarşısında sərbəst, səlis çıxış edə, fikrinizi daha dolğun və dəqiq çatdıra bilməyi öyrətməkdir.

Tədbirin bağlanış mərasimdə Şəki Regional Debat Mərkəzinin sədri Dəyanət Elmansoy, "Milli Debat proqramı”nın regionlar üzrə meneceri Ehtiram Sadıqzadə, YAP Şəki Təşkilatının Gənclər Birliyinin sədri Daşqın Mikayılov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, "Future Group” MMC-nin baş direktoru Emil Zakirli və "Ruzigar” Travel and Turizm Agentliyinin direktoru Yusif Yusifli çıxış edərək, forumun keçirilməsinin məqsəd və əhəmiyyətindən bəhs ediblər.

Tədbirin sonunda Qalib gələn komandaya kubok, medal, sertifikat və hədiyyə, həmçinin finalçılara medal, sertifikat və hədiyyə təqdim edilib.

Qalib olmuş "Elayza” komandası 4-5 dekabr tarixlərində Balakən şəhərində təşkil olunacaq "Respublika Gənclər Debat Forumu: Payız 2017”-də regionu təmsil edəcək.

 

RƏYLƏR