Şəkidə yük avtomobili aşıb, sürücü xəsarət alıb

OXUNUB: 682 HADİSƏ

Şəki rayonunda yük avtomobilini aşıran sürücü xəsarət alıb.

Hadisə axşam saatlarında Şəki-Kiş avtomobil yolunda baş verib.

Kiş kənd sakini, 1967-ci il təvəllüdlü İlqar Qənirə oğlu Abdulhəmidov idarə etdiyi "ZİL" markalı yük avtomobilini Kiş körpüsü yaxınlığında aşırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Abdulhəmidov Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-stabildir.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR