Sekslə məşğul olmaq bədənə necə təsir edir? - Təsirləri

OXUNUB: 2173 MARAQLI

Sekslə məşğul olmaq bütün yaşlarda bədənə faydalıdır.

Xüsusilə ahıl yaşlarda müntəzəm seksual fəaliyyət beynin dərketmə qabiliyyətini artırır. Bildirilir ki, orta yaşdan yuxarı dövrlərdə cinsi fəaliyyət, təkcə seksual sağlamlıq üçün deyil, həm də beynin dərketmə qabiliyyəti üçün faydalıdır.

Oxford və Coventry universitetlərinin alimləri 50 və 83 yaşları arasında 28 kişi və 45 qadın olmaqla 73 könüllüdən cinsi həyatları barədə məlumat toplayıblar. Bunlardan 37-si sekslə həftədə bir dəfə, 26-sı ayda bir dəfə məşğul olduqlarını deyiblər. 10 nəfər sekslə ümumiyyətlə məşğul olmadığını bildirib. Bundan sonra iştirakçıların beyin funksiyaları tədqiq olunub.

Məlum olub ki, sekslə həftədə bir dəfə məşğul olanların zehni göstəriciləri ayda bir dəfə cinsi yaxınlıq edənlərdən 2 faiz, heç vaxt sekslə məşğul olmayanlardan isə 4 faiz yaxşı olub.

Alimlər seksual fəaliyyət və beyin gücü arasında bağlılığın olmasının səbəblərini tam bilmirlər, lakin ehtimal edirlər ki, seks beyin siqnallarını ötürən dopamin və oksitosin kimi neyrohormonların sekresiyası ilə bağlıdır./metbuat

 

İcmal.Az

RƏYLƏR