“Sektorlararası gənclər siyasətinin inkişafı və inkişaf edən icmaların gücləndirilməsi”

OXUNUB: 157 QHT

"Sektorlaraarası gənclər siyasətinin inkişafı” adlı beynəlxalq tədbir keçirildi. "Uğurlu Gələcək” İctimai Birliyi,Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Sektorlararası gənclər siyasətinin inkişafı və inkişaf edən icmaların gücləndirilməsi” adlı layihənin Azərbaycanda keçirilən hissəsini uğurla başa çatdırmışdır.

Layihənin həyata keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələrinin gənclər təşkilatlarının gənc liderlərinin gənclər siyasətinin inkişafına fəal təsir göstərməsi üçün praktik bacarıqlarını inkişaf etdirməkdir.

10 gün davam edən beynəlxalq tədbirdə Moldova, Türkiyə, Macarıstan və Azərbaycandan 29 iştirak etmişdir. Tədbirdə gənc liderlərdən ibarət qruplar yaradılmış, onlar üçün təlim kursları və interaktiv oyunlar keçirilmişdir. Sonda iştirakçı gənclərə Avropa Komissiyasının sertifikatı təqdim olunmuşdur.

Qeyd edək ki layihənin digər hissəsi Maldova və Macarstanda keçiriləcəkdir. Bu tədbirlərdə yüzlərlə yerli və xarici gənclərin nəzərdə tutulur.






RƏYLƏR