Sekuta: Bizim üçün Azərbaycan gənclərinin fikirləri önəmlidir

OXUNUB: 506 SOSİAL

İqtisadiyyatımız inkişaf edir və belə olan halda, bizə yeni, səriştəli işçilər lazımdır. 

İcmal.Az-ın xəbərinə görə, bunu gənclər  və idman naziri Azad Rəhimov Bakı Şəhər Halqası İllik Gənclər Forumunda çıxışında deyib.

Azərbaycanın idman ölkəsi kimi tanındığını söyləyən nazir bildirib ki, gənclərə imkan yaradılması üçün çox işlər görülür:

"Bakı Şəhər Halqası çərçivəsində gənclərə təcrübə qazanmaq üçün hər cür şərait yaradılıb. Bu gün gənclər bilir ki, təhsil və təcrübə olmadan istədikləri karyeranı qura bilməzlər”. 

Nazir qeyd edib ki, Azərbaycanda 2019-cu ildə Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı keçiriləcək:

"2020-ci ildə isə futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi etməyi planlaşdırırıq”. 

Forumda çıxış  edən ABŞ səfiri Robert Sekuta deyib ki, Bakı Şəhər Halqası prosesi ərzində könüllülərin əldə etdiyi səriştələr onların inkişafı yolunda yeni imkanlar açacaq. 

Səfir Azərbaycanın gündən-günə inkişaf etdiyini  vurğulayıb:

"Mənim vəzifəm ABŞ təmsilçisi olaraq buradakı zəif sahələrin müəyyən olunaraq, Azərbaycanın daha da inkişafına kömək etməkdir”.

R. Sekuta əlavə edib:

"Mən bir neçə il öz məqsədimin dalınca getdim. Lakin sonradan gördüm ki, məqsədim başqadır. Bir çox ölkələrdə işləmişəm. İndi burdayam və yeni təcrübə qazanmaqdayam. Gəncləriniz ingiliscə öyrənir və ya ingiliscə dərslər deyirlər. Əslində, istərdim ki, bizim xəttimizlə rayonlarda  ingilis dili kursları açaq. Bununla da ölkələr arasında əlaqələr möhkəmlənsin. Bunun üçün Azərbaycanın gənclərinin fikirləri önəmlidir”.

İcmal.Az

RƏYLƏR