Selfi çəkmək istərkən yıxılıb öldü

OXUNUB: 104 DÜNYA

Ukraynanın Dnepr şəhərindəki restoranlardan birində faciə baş verib.

İcmal.Az lent.az-a istinadən xəbər verir ki, restoranda selfi çəkmək istəyən 25 yaşlı qız yıxılaraq ölüb.

Hadisə iyunun 10-da olub. Restoranın müştərilərindən olan xanım pilləkanlarla aşağı düşərkən qəflətən yıxılıb. O, boyun fəqərəsindən ağır xəsarət alıb. Restorana həkim çağırılsa da, qızın həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə ilə bağlı təhqiqat aparılır. 

İcmal.Az

RƏYLƏR