SƏLİM MÜSLÜMOVun gizlətməyə çalışdığı həbs həyatı və plagiat elmi iş

OXUNUB: 9625 Özəl HƏFTƏLİK İCMAL Seçilmiş TƏHLİL
Hesab etmək olar ki, Azərbaycanda mediadan özünü və keçmişini qoruya bilən ən "istedadlı” nazir Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdur.

Ümumiyyətlə, Səlim Müslümovun keçmişi çox maraqlıdır. O, nazir olmamışdan əvvəl Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. Bu vəzifəyə isə həbsdən azad olduqdan sonra təyin edilib.

Bəli, düz oxudunuz, heç bir yerdə sözü keçməsə də, Səlim Müslümov əslində, 6 ay həbsxana təcrübəsinə malikdir. Doğrudur, onun günahkar olub-olmadığını detalınadək bilməsək də, hesab edirik ki, cənab Müslümovun bu məsələni israrla ört-basdır etmək istəməsi, keçmişində utanılacaq xatirələrin olmasına işarədir.

24saat.org saytının əldə etdiyi məlumata görə, S. Müslümov həmin vaxt, yəni, 2000-ci ildə Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. Onun həbsə düşməsi isə Azərbaycan Əmanət Bankından (indiki KapitalBank) milyonlarla pulun "yoxa” çıxması ilə əlaqədar olub. O dönəmdə Səlim Müslümovla birgə sözügedən bankın Səbayel fililalının rəhbəri Bəşər Hacıyev da həbs edilmişdi. Hətta bu məsələyə görə Samir Şərifovun da başı ağrıyıb. Onun Beynəlxalq Bankın keçmiş sədri Elmar Məmmədovla açdığı şərikli bank Azərbaycan Əmanət Bankından pulların müxtəlif sxemlərlə nəğdləşdirmə əməliyyatında iştirak etdiyinə görə bağlanıb.

Saytımıza verilən məlumata görə, sözügedən maliyyə maxinasiyasına görə, Bəşər Hacıyev uzun müddətli həbsə göndərilib; Səlim Müslümov isə qısa zaman kəsiyində azadlığa buraxılıb. Bəzi məlumatlara görə, Səlim Müslümovun azadlığa çıxmasında o zaman Dövlət Gömrük Komitəsinin sədri, indisə fövqəladə hallar naziri vəzifəsində işləyən Kəmaləddin Heydərovun müstəsna xidmətləri olub. Səlim Müslümov azadlığa buraxıldıqdan sonra isə yenə də Kəmaləddin Heydərovun dəstəyilə yüksək vəzifəyə – Dövlət Sosial Müdafiə Fondunun sədri, daha sonra indiki vəzifəsinə təyin olunub.

Nazirin qaranlıq keşmişi ilə bağlı daha bir maraqlı faktı isə "cumhuriyyet.az” saytı yayımlayıb. Saytın yazdığına görə, Rusiyanın Kazan şəhərində doktorluq disertasiyası müdafiə edən o zamankı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun "Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları” adlı elmi işinin plagiat olması haqda xəbər yayılmışdı. Məlumatlarda bildirilirdi ki, Səlim Müslümovun doktorluq desertasiyası Rusiya Federasiyasının Maliyyə Nazirliyində, Dövlət Maliyyə Nəzarəti, audit və mühasibat şöbəsinin direktoru, iqtisadiyyat elmləri doktoru, professor Leonid Şneidmanın elmi işinin plagiatıdır və Səlim Müslümov həmin elmi işinin plagiat olduğunu yaxşı bildiyindən leb.nlr.ru/edoc/179285/ ünvanında yerləşdirilmiş disertasiyasına "müəllif hüquqları qorunur” adı altında baxmağa yasaq qoydurub.
 
Bununla bağlı olaraq oxucuların nəzərinə çatdıraq ki, Səlim Müslümovun 10 fevral 2006-ci ildə Kazan Dövlət Maliyyə və İqtisad İnstitutunda "Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları” elmi işi iqtisad elmləri doktoru, professor Leonid Shneidmanın bir müddət əvvəl Rusiya Dövlət Universitetləri üçün yazdığı "Mühasibat nəzriyyəsi” kitabından köçürülmədir. Eyni zamanda Səlim Müslümov elmi işinin desertasiyasında digər rus alimlərinin mühasibat uçotu, təhlil və audit islahatları nəzəriyələrindən də istifadə edib.

Məsələn DSMF sədri rus alimi Aleksandr Bakayevin "Rusiyada uçot sisteminin islahatı” elmi işinin bəzi hissələrinə istinad etmədən köçürüb./24saat.org

 
İcmal.Az

RƏYLƏR