Səlim Müslümovun Salyandakı nümayəndəsindən rüşvət biabırçılığı - FİZİKİ ŞƏXSƏ BUNU ETDİLƏR

OXUNUB: 5163 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl SOSİAL

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Salyan rayon şöbəsində vətəndaşlardan rüşvət tələb edilməsi ilə bağlı şikayət qeydə alınıb

Vətəndaş İlqar Bəşirov tərəfindən edilən şikayətdə qeyd olunur ki, DSMF-nin Salyan rayon şöbəsində fiziki şəxsə qanunsuz olaraq 8 ay üçün cərimə yazılıb:

"Mən fiziki şəxsəm və rayonda fəaliyyət göstərirəm. Qanunda göstərilir ki, fiziki şəxs gəlir əldə etdiyi aylar üçün Sosial Müdafiə Fonduna ödəmə etməlidir. Mən fiziki şəxs kimi 2017-ci ilin fevralında qeydiyyata alınmışam, yalnız həmin ilin fevral və aprel aylarında gəlir əldə etmişəm. Digər aylarda isə heç bir fəaliyyətim olmayıb. İndi DSMF-nin Salyan rayon şöbəsi qanunun tələblərindən məlumatsız olmağımdan və yaxud digər səbəblərdən sui-istifadə edərək, mənə 8 ayın pulunu, yəni 156 manat cərimə yazıb. Əslində isə mənə yalnız fəaliyyət göstərdiyim 2 ayın vergisini yazmalıdır. Bu da 17,4 manat vəsait edir”.

Məsələ ilə bağlı DSMF-nin Salyan rayon şöbəsi ilə telefon əlaqəsi saxlasaq da, zənglərimizə cavab verən olmayıb./olke.az

İCMAL.az

 

RƏYLƏR