“Semaşko”da 9 yaşlı uşaq cərrahiyyə əməliyyatından sonra öldü

OXUNUB: 1624 Səhiyyə HADİSƏ
Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb.

 
Hadisə 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində qeydə alınıb.


Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü  Emin Abdullayev kəskin appendisit diaqnozu ilə mayın 28-də  xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

 
Ötən gün göstərilən tibbi yardımlara baxmayaraq  E. Abdullayev reanimasiya şöbəsində ölüb.

 
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.(apa.az)

RƏYLƏR