Səməd Seyidov: AŞPA-nın fəaliyyəti şəffaf deyil

OXUNUB: 581 SİYASƏT

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın bəzi üzvlərinə, o cümlədən, onun özünə sanksiya tətbiq edilməsi məsələsi ilə bağlı mətbuat konfransı keçirib.

İcmal.Az məlumat verir ki, S.Seyidovun dediyinə görə, Azərbaycan AŞPA-nın strukturları ilə konstruktiv əməkdaşlıq edir.

S. Seyidov qeyd edib ki, bu qurumda Azərbaycana qarşı ikili standartlar da var: 

"Biz bunun dəfələrlə şahidi olmuşuq. Elan olunan qərar ikili standartların tərkib hissəsidir. Bunun heç bir əsası yoxdur, bu, Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdir”.

O qeyd edib ki, heç kimi məhkəmə olmadan, hüquqi prosedur olmadan ittiham etmək olmaz:

"Bizim fikrimiz özünü doğrultdu, həmin komitənin böyük hesabatı Azərbaycana qarşı yönəlmişdi. AŞPA-nın fəaliyyəti şəffaf deyil. Azərbaycanla bağlı qəbul olunmuş qərarların əksəriyyəti mənfidir.

Guya beş il bundan öncə kimsə kiməsə deyib ki, monitorinq komitəsinin rəyi Səməd Seyidova əvvəlcədən bəlli idi. Dünən qəbul olunmuş sənəd düzgün qiymətləndirilməlidir. Heç kim Azərbaycanı və onun üzvlərini Avropa Şurasından kənarlaşdıra bilməz. Sanksiyalar söz deməyimizə və sənəd qəbuluna əngəl yarada bilməz.

Bu hansısa seçki prosesində müşahidəçi qismində iştirak etməyə və hansısa ölkə ilə bağlı rəylə çıxış etməyə imkan vermir”.

İcmal.Az

RƏYLƏR