“Şəmkir media məktəbi” layihəsi çərçivəsində son təlim keçirildi

OXUNUB: 873 QHT

10 yanvar 2018-ci il tarixində, Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqənin nəticələrinə əsasən qalib olmuş  "Şəmkir media məktəbi” layihəsi çərçivəsində "Siyasi xəbərlər, rəsmi xronika və idman xəbərlərinin hazırlanması” mövzusunda  son təlim keçirildi.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur xanım Abdullayeva, İcra Hakimiyyəti Aparatının əməkdaşları, "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq  Mərkəzinin direktoru Ramin Cəfərov, layihə rəhbəri Jalə Kamalova, Şəmkir rayonunda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri, əməkdaşları və mediaya marağı olan gənclər iştirak etdilər.

Peşəkar təlimçi, Qərbinfo.az saytının Baş redaktoru Elgün Seyidovun iştirakı ilə baş tutan təlimdə, gənclərə siyasi xəbərlərin, idman xəbərlərinin yazılma qaydaları, saytlara xəbərlərin yerləşdirilməsi, sosial şəbəkələrdən istifadə formaları və digər mövzular müzakirə olundu.

 
İnteraktiv formada davam edən təlimdə gənclərin mövzu ilə bağlı  sualları və fikirləri dinlənildi.

Şəmkir media məktəbi layihəsində aktiv iştiraklarına gorə gənclərə sertifikatlar təqdim olundu.

 

İcmal.Az

 

RƏYLƏR