“Şəmkir media məktəbi” layihəsinin açılış mərasimi keçirildi

OXUNUB: 1005 QHT

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqənin nəticələrinə əsasən "Zəka” Gənclər Mərkəzinin əməkdaşı Jalə Kamalova "Şəmkir media məktəbi” layihəsi ilə qalib olmuş, Şəmkir rayon Gənclər və İdman İdarəsi, "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzini birgə təşkilatçılığı ilə 22 dekabr 2017-ci il tarixində layihənin açılış mərasimi keçirildi. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı Davud Süleymanov, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Ramin Cəfərov, layihə rəhbəri Jalə Kamalova, eyni zamanda mediaya marağı olan gənclər iştirak etdilər. Medianın cəmiyyətləri istiqamətləndirəcək mühüm güc vasitəsi olduğunu bildirən qonaqlar, müasir dünyada informasiya cəmiyyətinin aktual məsələlərindən danışdılar. Layihənin məqsədi kütləvi informasiya vasitələrində işləmək istəyən,mediaya marağı olan, jurnalistikaya meyilli gənclərdə media bacarıqlarını formalaşdırmaq, eyni zamanda media ilə çalışan insanların təcrübələrinin inkişaf etdirilməsindən ibarətdir. Qeyd edək ki, layihə çərçivəsində gənclər 3 paneldə peşəkar təlimçilərin iştirakı ilə müxtəlif mövzularda müzakirələr aparacaqlar.

1-ci panelin mövzusu: Xəbər jurnalistikası -təlimçi ARB 24 TV-nin Baş redaktoru Allahverdi Şəfiyev

2-ci panelin mövzusu: Sosial Media və elektron portallarla iş -təlimçi 7news.az saytının rəhbəri, Media ekspert Səbuhi Abbasov

3-cü panelin mövzusu: Siyasi xəbərlər, rəsmi xronika və idman xəbərlərinin hazırlanması -təlimçi Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Baş məsləhətçi Elgün Seyidov

RƏYLƏR