Şəmkir və Sabirabad sakinlərindən 6 kq narkotik götürüldü

OXUNUB: 732 HADİSƏ
Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Qaratəpə kənd sakini Səbuhi Rüstəmova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 1 ədəd çətənə kolu, evindən isə 3 kiloqram 125 qram marixuana aşkar edilərək götürülüb.
 
Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Şəmkir rayon sakini Muraz Rüstəmovdan 2 kiloqram 421 qram marixuana götürülüb. Onun Şəmkir rayonunun Dəllər Cırdaxan kəndindəki evinə baxış zamanı isə əlavə olaraq 550 qram marixuana aşkar edilərək götürülüb.
 
İcmal.Az

RƏYLƏR