Şəmkirdə 4 otaqlı ev yandı - VİDEO - FOTO

OXUNUB: 675 HADİSƏ

Şəmkir rayonu Aşağı Seyfəli kəndində yanğın olub.

İcmal.Az ARB TV-yə istinadla xəbər verir ki, Nəsimi Məhəmmədova məxsus ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən alov söndürülüb. Ev tamamilə yansa da, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

 

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.


Şəmkirdə 4 otaqlı ev yandı

İcmal.Az

RƏYLƏR