Şəmkirdə müştəri taksi sürücüsünü bıçaqlayıb - YENİLƏNİB

OXUNUB: 585 HADİSƏ

Şəmkirdə sürücü ilə müştəri arasında dava bıçaqlanma ilə nəticələnib.

 

Hadisə rayonun İrmaclı kəndində baş verib.

 

 

Kənd sakini, 1993-cü il təvəllüdlü Ayvaz İsgəndərov rayon mərkəzində 1954-cü il təvəllüdlü Arif Yusifovun idarə etdiyi taksiyə oturaraq İrmaclı kəndinə sürdürüb.

 

Kəndə catanda sərnişin 5 manat ödəsə də, taksi sürücüsü yol haqqının 12 manat olduğunu deyib.

 

Aralarında yaranan mübahisə A. İsgəndərovun A. Yusifovu bıçaqlaması ilə nəticələnib.

 

Çoxsaylı bıçaq yaraları alan sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa

 

İcmal.Az

RƏYLƏR