Şəmkirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İntellektual yarışma yekunlaşıb

OXUNUB: 1220 QHT
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə elan etdiyi 2-ci maliyyə yardımı müsabiqəsinin nəticələrinə əsasən, "Azərbaycançılıq və hərb tariximiz” mövzusunda qərb regionunun məktəbliləri arasında Nə? Harda? Nə zaman? intellektual yarışmasının təşkili layihəsi ilə qalib olmuş, Synergy Fond, "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə 9 oktyabr 2017-ci il tarixində Şəmkir rayonunda layihənin final mərhələsi və layihənin rəsmi bağlanış mərasimi həyata keçirildi.
Layihə çərçivəsində Gədəbəy, Naftalan, Samux və Şəmkir rayon məktəblərindən qalib olan 2 komanda, ümumilikdə 8 komanda və hər komandadan 6 iştirakçı mübarizə aparırdı.
Gərgin mübarizə ilə keçən yarışın yekunlarına əsasən Şəmkir rayon Əhməd Cavad adına tam orta məktəbin "Fateh” komandası I, Gədəbəy rayonunun "Şahinlər” komandası II, Gədəbəy rayonunun "Gold 21” komandası isə III yerin qalibi oldu.
"Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən layihənin rəsmi bağlarış mərasimində Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur Abdullayeva, "Synergy” Fondun layihə rəhbəri Nurlan Rzayev, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Şəmkir rayon Təhsil şöbəsinin müdür müavini Hafiz Pənahov, "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin Baş Direktoru Ramin Cəfərov iştirak edirdilər. Bağlanış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Qonaqların çıxışlarından sonra ilk 3 yerin qalibləri sertifikat, qalib komanda isə sertifikat və kubokla təltif olundular.
 




<!-- Clip_XXXX_171017_002006_595 -->

RƏYLƏR