Şəmkirdə qonşu qonşusunu baltalayıb

OXUNUB: 505 HADİSƏ

Şəmkir sakini qonşusuna balta ilə xəsarət yetirib.

İcmal.Az-ın Report-a istinadən məlumatına görə, hadisə Kür qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Bilal Tapdıq oğlu Əmiraslanov qonşusu tərəfindən balta ilə vurulub.

Başından ağır yara alan B.Əmiraslanov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR