"Şəmkirdə sehid ailelerine odenissiz kurslarin teshkili" layihesi davam edir

OXUNUB: 963 QHT
Məqsədimiz rəqabətə davamlı Azərbaycan gənci yetişdirməkdir.

Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ucalığa yüksələnlərin, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Hər zaman şəhid ailələrinə dövlətin qayğısı və diqqəti ön planda olub. Azərbaycan Respublikası "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanununun 3-cü maddəsində sadalanan imtiyazlar bunun bariz nümunəsidir. Bu imtiyazlar sırasında onların məşğulluğunun təmin edilməsi, eləcədə əmək hüquqları haqda bəndlər öz əksini tapmışdır.  Şəhid ailələrinin üzvlərinin peşə hazırlığı, ixtisasının artırılması, yenidən hazırlığı fəal məşğulluq tədbirlərinin ən önəmlisidir. Onların əmək bazarında rəqabətə davamlı peşə və ixtisaslara yiyələnməsi onların sosial adaptasiyasında böyük rol oynayır.

Böyük Yol" Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Şəmkir rayon Gənclər və İdman İdarəsinin və Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirdiyi  "Şəmkirdə yaşayan şəhid ailələrinin gənclərinin əmək qabiliyyətlərinin, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığının artırılması məqsədi ilə kursların təşkili" layihəsi qeyd olunan məsələlərdə mühüm əhəmiyyət kəsb edir. Belə ki, layihə çərçivəsində Şəmkir rayonunda təşkli olunan "Kompyuterlərin təmiri və xidməti üzrə texnik” , "Mühasib” və "Dizayn” kursları gənclərin müasir əmək bazarında rəqabətə davamlı peşə və ixtisaslara yiyələnməsinə dəstək olur. 

5 may 2018-ci il tarixində açılış mərasimi keçirilən layihədə Şəmkir rayonunun müxtəlif kənd və qəsəbələrində yaşayan şəhid ailələrindən olan 30 gənc iştirak edir.  Qeyd edək ki, kurslar həftədə iki dəfə olmaqla iki ay müddətində həyata keçirilir. Sonda kursu bitirmiş gənclərin Şəmkir rayonunda fəaliyyət göstərən idarə və təşkilatlarda könüllü olaraq təcrübə keçmələri planlaşdırılır. Kursu uğurla bitirən gənclər diplom və sertifikatlarla təltif olunacaqlar.
 
 

İcmal.Az

RƏYLƏR