Şəmkirdə tanışlar arasında DAVA: xəsarət alanlar var

OXUNUB: 786 HADİSƏ

Şəmkir rayonunadə baş vermiş dava zamanı 28 yaşlı oğlanın burnu sınıb.

Hələ ki bilinməyən səbəbdən yaranan mübahisə zəminində tanışlar arasında əlbəyaxa dava düşüb. 

Hadisə zamanı Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndinin sakini, 1989-cu il təvəllüdlü İsayev Ramil İsa oğlu ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ağır kəllə-beyin travması alan gəncin həm də burnunun sındığı məlum olub. Travmatologiya şöbəsində müalicə olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, mübahisə zəminində qarşı tərəfdən də 1 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Lakin o, hadisə yerindən qaçaraq xəstəxanaya müraciət etməyib.

 

Faktla bağlı araşdırmalara başlanılıb./report

 


İcmal.Az

RƏYLƏR