Senatorlar Trampdan FTB-nin sabiq rəhbəri ilə danışıqların yazısını tələb ediblər

OXUNUB: 1114 DÜNYA

Amerikalı senatorlar Çarlz Şumer, Lindsi Qrem və Mayk Li prezident Donald Trampı FTB-nin sabiq direktoru Ceyms Komi ilə danışıqlarının yazısını hakimiyyətə təhvil verməyə çağırıblar.

Daha öncə Tramp "Tvitter” hesabında belə yazıların mövcudluğuna eyham vurub. "Məlumatı mətbuata sızdırmazdan öncə Ceyms Komi danışıqlarımızın yazısının olmamasından əmin olsa, yaxşı olardı”, - prezident yazıb. Ağ ev bu yazıların olmasını təsdiq və ya təkzib etməyib. 

Respublikaçı Lindsi Qrem Trampı bu yazıların olmasına dair dəqiq açıqlama verməyə çağırıb. Əgər bu yazılar varsa, həmin yazılar hakimiyyətə verilməlidir. 

Donald Tramp FTB rəhbəri Ceyms Komini mayın 10-da vəzifəsindən azad edib. Tramp FTB direktorunu vəzifəsindən azad edən ikinci prezidentdir. 1993-cü ildə eyni addımı prezident Bill Klinton ataraq FTB direktoru Uilyam Seşnsi vəzifəsindən azad etmişdir. /oxu.az

İcmal.Az

RƏYLƏR