Şengen vizası bahalaşır

OXUNUB: 441 SOSİAL

Avropa İttifaqı Şengen vizasının dəyərini artırmaq qərarına gəlib.

İcmal.Az-ın məlumatına görə, Avropa İttifaqı Şurası viza məcəlləsinə dəyişikliklər təklifi ilə bağlı danışıqlara başlayacaq.

Yeni qaydalara əsasən viza müraciətini əvvəl olduğu kimi, səfərdən 15 gün əvvəldən gec olmayaraq deyil, 6 ay əvvəl yerləşdirmək mümkün olacaq.

Dəyişikliklərdən sonra Şengen vizasının qiymətinin 80 avroyadək artırılacağı gözlənilir.

Hazırda Şengen vizasının standart qiyməti 60 avrodur.

İcmal.Az

RƏYLƏR