Sərbəst güləş yığmamız dünya ikincisi oldu - FOTO/VİDEO

OXUNUB: 1181 İDMAN

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışları başa çatıb.

Azərbaycan Güləş Federasiyasından 
İcmal.Az-a verilən məlumata görə, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparıb və bütün rəqiblərini məğlub edərək finala yüksəlib.

Finalda rəqib digər yarımqrupda Hindistan, Gürcüstan və Yaponiya komandalarını üstələyən ABŞ idmançıları olub. Gərgin keçən qarşılaşma ABŞ yığmasının 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Yığma komandamız dünya ikincisi olub və gümüş medallara layiq görülüb.

 

 

 

İcmal.Az

RƏYLƏR