Sərbəst güləşçimiz İslamiadada medalı təmin etdi

OXUNUB: 1008 İDMAN
Sərbəst güləşçimiz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançımız Məhəmməd Müslümov yarımfinalda əfqanıstanlı Malik Can Sadeedi vaxtından əvvəl - 10:0 hesabı ilə məğlub edib.

Bundan əvvəl təmsilçimiz 1/8 finalda Kot-d'İvuar idmançısı Açi İnnosent Abbeyə, 1/4 final mərhələsində isə Qvinea-Bisau güləşçisi Cumba Mabaliyə qalib gəlmişdi.

Beləliklə, M.Müslümov qızıl medal uğrunda döyüşəcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR