Serbiya prezidentindən şok addım — Lesbiyan naziri baş nazir təyin etdi

OXUNUB: 905 DÜNYA
Serbiyanın keçmiş naziri Aleksandr Vucic prezident seçildikdən sonra hökuməti quracaq olan baş naziri artıq təyin edib.


Prezident bu posta Serbiya tarixinin ilk lesbiyan nazir olan Ana Brnbabiçi layiq görüb. Ana bu vaxta qədər Serbiyada yerli idarəetmə naziri vəzifəsində işləyib.
 
Prezident mətbuat konfransında yeni hökuməti qurmaq üçün Brnabiçi təlimatlandırdığını bildirib. Bu qərarı asanlıqla vermədiyini qeyd edən Vucic bunun nə iqtidar nə də başqa biri üçün məğlubiyyət mənası gəlməməlidir. Əksinə, bu ən yaxşı həll yoludur.
 
Ana isə baş nazir təyin edilməkdən qürur duyduğunu bildirib: "Prezident mənə güvəndiyi üçün ona təşəkkür edirəm. Məsuliyyətimi dərk edirəm".
 
Brnabiç 22 iyuna qədər hökumətin siyahısını təqdim edəcək./olke.az
 

İcmal.Az

RƏYLƏR