Sərdar Cəlaloğlu: “Vaxtı ilə Tahir Kərimli kimi ağılda olan adamlar hakimiyyətə gəldi ki, Azərbaycan bu vəziyyətə düşdü”

OXUNUB: 1745 GÜNDƏM SİYASƏT

"Vaxtı ilə Tahir Kərimli kimi ağılda olan adamlar hakimiyyətə gəldi ki, Azərbaycan bu vəziyyətə düşdü. Təbii ki, söhbət Tahir Kərimli ağılda olan, onun kimi davranan insanlardan getmir”.

 

Bunu İcmal.Az-a açıqlamasında ADP-nin baş katibi, prezidentliyə namizəd Sərdar Cəlaloğlu Vəhdət Partiyasının sədri Tahir Kərimlinin "Müxalifət hakimiyyətə gəlsə, ölkə Suriyanın gününə düşər”sözlərinə münasibətini bildirərkən deyib.

 

Onun sözlərinə görə, burada söhbət həqiqətən də ağlı başında olan müxalifətdən gedir: "Azərbaycan müxalifəti hakimiyyətə gələrsə, o zaman Azərbaycan fərqli, çiçəklənmiş Azərbaycan olar. Suriyadakı müxalifət demokratik müxalifət deyil. Sadəcə olaraq Suriyadakı müxalifət daha çox tayfa və təriqət ətrafında təşkilatlanmışdır deyə, Suriyada belə bir vəziyyət yarandı. Bizim kimi Suriyada da demokratik müxalifət olsa idi, heç bir zaman Suriyada bu cür hadisələr baş verməzdi”, - deyə o, bildirib.

 

İcmal.Az

RƏYLƏR